Haqqımızda

United Coffee Beans təzə qovrulmuş xüsusi keyfiyyətli (specialty) kofeni Azərbaycanda təqdim edən yerli markadır. 2018-ci il 11 Yanvar Bakı şəhərinin mərkəzi və tarixi küçələrindən birində ilk filialımızı açmışıq. Açıldığımız ilk gündən bənzərsiz bir “third wave coffee” təcrübəsini yaşatmağı məqsəd etmişik. “Specialty” kofe, beynəlxalq 100 ballıq kofe dəyərləndirmə cədvəlində 80 bal və üzəri olan kofelər sayılır. Bu kofe çeşidləri, hazırlanma prosesində iştirak edənlərin harmoniya və əvvəldən sonadək yüksək standartlara və əla nəticəyə fokuslanmasından əmələ gəlir. Bu kofelər ideal iqlim şəraitində yetişdirilir və minimum və ya yox dərəcədə deffekti olan xüsusiyyətlərə malikdir.

Kofe abunəliyi

"UCB" abunəliyi ilə evdə və ofisdə "kofe bitdi" dərdi geridə qalır! Sadəcə abunə olub 1 dəfə öz sifarişinizi verirsiniz. Artıq abunəlik müddətində kofe sifariş etməklə məşğul olmursunuz. Qərar verməli olduğunuz tək şey hansı kofedən, hansı dövr ərzində və hansı miqdarda almaq istəyinizdir. Bax bu qədər sadə! İstədiyiniz vaxt abunəliyi dayandıra və sonradan yenidən başlada bilərsiniz. Seçdiyiniz kofeni qovuraraq evinizə və ofisinizə çatdırırıq!

Abunə Ol
United Coffee Beans təzə qovrulmuş xüsusi keyfiyyətli (specialty) kofeni Azərbaycanda təqdim edən yerli markadır. 2018-ci il 11 Yanvar Bakı şəhərinin mərkəzi və tarixi küçələrindən birində ilk filialımızı açmışıq. Açıldığımız ilk gündən bənzərsiz bir “third wave coffee” təcrübəsini yaşatmağı məqsəd etmişik.   
“Specialty” kofe, beynəlxalq 100 ballıq kofe dəyərləndirmə cədvəlində 80 bal və üzəri olan kofelər sayılır. Bu kofe çeşidləri, hazırlanma prosesində iştirak edənlərin harmoniya və əvvəldən sonadək yüksək standartlara və əla nəticəyə fokuslanmasından əmələ gəlir. Bu kofelər ideal iqlim şəraitində yetişdirilir və minimum və ya yox dərəcədə deffekti olan xüsusiyyətlərə malikdir.

Ünvan

United Coffee Beans

  • +99450 505 11 25
  • Bakı, Yusif Məmmədəliyev küçəsi 6 (Fransa səfirliyinin yaxınlığı)

Biz komanda olaraq ilk gündən birliyin gücünə inanmışıq. Bu məkan da həmin birliyin formalaşdığı birinci filialımızdır. Hər şey öz başlanğıcını məhz buradan götürüb. İndi isə şaxələnir və aramla bütün şəhəri öz ağuşuna alır.

United Coffee Beans - Mirror

  • +99451 777 11 25
  • Bakı, Xəqani küçəsi 26/32 (B.Britaniya səfirliyinin yaxınlığı)

Bura isə "Güzgü" olaraq adlandırdığımız ikinci filialımızdır. Sizi ayna kimi əks etdirəcək kofenizlə ilk tanışlığınız yepyeni bu konseptual məkanımızda baş tutacaq.

United Coffee Beans - Tunnel

  • +99451 501 11 25
  • Xocalı prospekti 32 (Xətai metro stansiyasının yaxınlığı)

Tanış olun, “Tunel” adlı üçüncü filialımız! Tuneli xatırladan uzun zalı ve fərah terası ilə bu filialımızda kofenin dərinliklərinə doğru səyahət edəcəksiniz.