Haqqımızda

Haqqımızda

United Coffee Beans təzə qovrulmuş xüsusi keyfiyyətli (specialty) kofeni Azərbaycanda təqdim edən yerli markadır. Şirkətimiz 2017-ci il Aprel ayında təsis edilib. 2018-ci il 11 Yanvar Bakı şəhərinin mərkəzi və tarixi küçələrindən birində ilk filialımızı açmışıq. Biz Azərbaycanda “üçüncü dalğa kofe hərəkatı” nın öncüsüyük.

Əsas məqsədimiz, hər fincanda eyni yüksək keyfiyyəti və ləzzəti daima təmin etməkdir. Bu səbəbdən dünyanın müxtəlif ölkələrindən sadəcə dadından və keyfiyyətindən əmin olduğumuz kofe dənələrini gətirir, öz qovurma təsisimizdə xüsusi profilimizlə “
microlot roasting” anlayışı ilə hər bir kofeni təbiətinə və xüsusiyyətlərinə görə qovururuq. Hər qovurma sonrası kofenin keyfiyyətini daima qorumaq məqsədilə öz analiz və dadımlarımızı edirik. Yeni nəsil dəmləmə üsulları ilə fərqli kofe növlərinin dadlarını qoruyaraq dəmləyib, servis etməkdən zövq alırıq.